Elnarə Natavan və Röyanı bir araya gətirəcək - Video

22 Yanvar 2020 22:18 (UTC+04:00)

Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova bir araya gələcəklər.

Axşam.az xəbər verir ki, bu haqda Elnarə "ATV maqazin onlarla"ya müsahibəsində deyib. O, həmkarlarını məktəbinə dəvət edib:

"Özümüzü heç vaxt ayrı təsəvvür etməmişəm. Natavan, Elnarə və Röya deyəndə 18 il əvvələ - "W-trio"ya qayıdıram.

Dəvətimi də, təklifimi də edirəm, gəlsinlər. Qrupda necə mehriban, dost, deyib-gülürdük. Onlara böyük kimi çəkinmirəm məsləhət verməyi. Gəlib məktəbimdə tələbə yetişdirsinlər".

Elnarə illər əvvəl olan bəzi faktların üstünü açıb:

"23 yaşım olanda qrupdan yeni ayrılmışdım. Vaqif Gərayzadə "Şərq ulduzları"nı tərk edəndə, məni rəhbər qoydu. Safurə Əliyeva oxumağı məndən öyrənib. Fərid Məmmədova ingilis dilində mahnını mən öyrətdim".