Super Liqa klubu ukraynalı hücumçu aldı

22 Yanvar 2020 18:05 (UTC+04:00)

Rizespor heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqa klubu ukraynalı hücumçu Andrey Boryaçuku transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı forvard Shakhtar-dan 1,5 illik icarəyə götürülüb.

Ukrayna yığmasında da bir neçə oyun keçirmiş Boryaçuk, Shakhtar-ın öz yetirməsidi. 2017-2019-cu illər aralığında isə o, Mariopol-da icarədə oynayıb.