ABŞ-da atışma olub: ölən və yaralılar var

23 Yanvar 2020 09:02 (UTC+04:00)
ABŞ-ın Siettl şəhərində naməlum şəxs atəş açıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə şəhər polis idarəsinin "Twitter" səhifəsində bildirilib. Məlumata əsasən, şübhəli şəxs hadisə yerindən qaçıb. Hazırda o hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılır. Atışma turistlər arasında populyar olduğu yerdə açılıb. 9 və 55 yaş arasındakı 5 yaralı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.