Türkiyədə yenidən yeraltı təkanlar qeydə alınıb

23 Yanvar 2020 09:16 (UTC+04:00)
Bu gün səhər saatlarında Ankarada 4.5 bal gücündə zəlzələ baş verib. APA-nın yerli bürosunun Türkiyənin Təbii Fəlakətlər və Föqəladə Hallar İdarəsinə istinadla verdiyi xəbərə görə, yerli vaxtla saat 06.42-də və 06.54-də episentri Akyurt qəsəbəsində olan zəlzələnin ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.