Gəncədə 5 saylı Şəhər Poliklinikasında yanğın olub

23 Yanvar 2020 09:11 (UTC+04:00)
Gəncə şəhərinin Kəpəz rayonunda 5 saylı Şəhər Poliklinikasının Pediatrik şöbəsinin yerləşdiyi birmərtəbəli binanın dəhlizində döşəmə 1 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri çatana kimi vətəndaşlar tərəfindən söndürülüb.