Yanvarın 23-də xarici valyutaların manata qarşı məzənnələri

23 Yanvar 2020 09:28 (UTC+04:00)
Azərbaycan Mərkəzi Bankı 23 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, yanvarın 23-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1.8845 manat təşkil edir. 1 türk lirəsi 0.2869 manat, 1 rus rublu 0.0275 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5898 manatdır.