Şimali Koreya turistlərin ölkəyə daxil olmasına QADAĞA QOYDU

23 Yanvar 2020 10:37 (UTC+04:00)
Şimali Koreya Çində 17 nəfərin ölümünə səbəb olan korona virusu ilə bağlı turistlərin ölkəyə daxil olmasına müvəqqəti qadağa qoyub. Bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, buna görə də, turizm şirkətləri turistlərin ölkəyə daşınmasını artıq dayandırıb. Qeyd edək ki, indiyədək Çinin Uxan, Pekin, Şanxay şəhərlərində və Quandun vilayətində, ümumilikdə 224 nəfərin yeni virusa yoluxduğu təsdiqlənib. Onlar arasında 15 tibb işçisi də var. Virusa yoluxanlardan 44 nəfərinin vəziyyəti ağır və çox ağır qiymətləndirilir. Çin Milli Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupunun yanvarın 20-də yaydığı açıqlamada 2019-nCoV-un insandan insana keçməsi faktı təsdiqlənib.