Avstraliyada yanğınları söndürən təyyarə qəzaya uğrayıb

23 Yanvar 2020 11:19 (UTC+04:00)
Avstraliyada yanğınların söndürülməsinə cəlb olunan təyyarə qəzaya uğrayıb. APA-nın "Sydney Morning Herald"a istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Yeni Cənubi Uels ştatında qeydə alınıb. "C-130 Hercules" təyyarəsinin qəzaya uğraması nəticəsində 3 amerikalı yanğınsöndürən həlak olub. Təyyarənin qalıqları Kuma şəhəri yaxınlığında tapılıb.Qəzanın səbəbi hələlik məlum deyil.