Həsəndən ayrıldığı gün Drake ilə sevgili oldu

23 Yanvar 2020 23:00 (UTC+04:00)

Dünyaca məşhur müğənni Rihanna Həsən Camaldan ayrıldığı gün repçi Drake ilə yaxınlaşmağa başlayıb. 

Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçilər Nyu-Yorkun məşhur klublarının birində görüşüblər. Cütlük ASAP Rocky-nin konsertini izlədikdən sonra gecə boyu əyləniblər.

Qeyd edək ki, Rihanna 3 illik milyarder ərəb sevgilisindən bir neçə gün bundan əvvəl ayrılıb.

Uzun illərdir Drake ilə dost olan iki məşhur sima 2016-ci ildə "MTV" video mükafatları tədbirində səmimi görüntüləri ilə diqqət çəkmişdilər. Səhnədə pop ulduza eşq elan edən repçi "o mənim 22 yaşımdan etibarən sevdiyim qadındır. Onu hamıdan üstün tuturam" deyə bildirmişdi.