Kasilyas İspaniyada federasiya prezidenti ola bilər

23 Yanvar 2020 16:35 (UTC+04:00)

“Portu”nun qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürə bilər.

 İspaniya Futbolçuları Assosiasiyası millinin sabiq qapıçısının namizədliyini dəstəkləyir.

Qeyd edək ki, 38 yaşlı qapıçı ötən ilin may ayında məşqdə infarkt keçirib və həmin tarixdən bəri bərpa kursu keçdiyinə görə hələ də meydana çıxa bilməyib.
Onun yaxın vaxtlarda karyerasını bitirəcəyi istisna edilmir.