Binəqədidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı (FOTO)

24 Yanvar 2020 17:51 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Mövqe.az-ın məlumatına görə, ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin jurnalistlərə bildirib ki, araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı məlum olub.

Sözügedən ərazidə qeyri-yaşayış binasının tikintisi məqsədilə tikinti altına düşən müxtəlif cinsli 7 ağacın köçürülməsinə Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib və ağaclar “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin mütəxəssisləri tərəfindən budanaraq 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə köçürülüb.