Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi barədə tapşırıq verib

25 Yanvar 2020 14:49 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.

Bu barədə Mövqe.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.