Yunanıstanın "statista" agentliyi il ərzində ən çox şokolad yeyən xalqların siyahısını hazırlayıb.
Mövqe.az xəbər verir ki, ilk yerdə İsveçrə qərarlaşıb. Ölkədə 1 nəfər ildə 8.8 kiloqram şokolad yeyir. Dünyanın 3 ən yaxşı şokolad brendi də məhz İsveçrədə fəaliyyət göstərir.
2-ci pillədə Böyük Britaniyalılardır. Burada il ərzində bir nəfər 8.1 kiloqram şokolad yeyir.
3-cü yerdə isə 7.9 kiloqramla Almaniyalılar qərarlaşıb.