Toydan sonra əri ilə ilk fotosunu paylaşdı

26 Yanvar 2020 22:51 (UTC+04:00)

Yanvarın 20-də çoxdandır dostluq etdiyi prodüser Con Piterə gizlin ərə gedən aktrisa Pamela Anderson toydan sonra əri ilə ilk şəklini paylaşıb.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, 52 yaşlı aktrisa 74 yaşlı əri ilə çəkdirdiyi fotonu ağ-qara rəngdə izləyicilərinin ixtiyarına verib.

Pərəstişkarları Pamelaya xoşbəxtlik arzulayıblar.

Qeyd edək ki, bu nikah hər iki cütlüyün həyatında 5-cidir. Aktrisa ilk dəfə musiqiçi Tommi Li, Daha sonra musiqiçi Kid Rok, 2 dəfə isə prodüser Rik Salomonla ailəli olub.