İstefa verən DSK sədrinin yerinə təyinat olub

27 Yanvar 2020 17:07 (UTC+04:00)

Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev həlledici səs hüququ vəzifəsindən azad edilib.

Mövqe.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki komissiyasının bu gün keçirilən iclasında bildirilib.

Onun yerinə isə Qaratov Qarat Şahnəzar oğlu təyin edilib.

Qeyd edək ki, İ.Hüseynəliyev öz xahişi ilə vəzifəsindən azad edilib.