BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarılıb - YENİLƏNİB

27 Yanvar 2020 17:36 (UTC+04:00)

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.

Mövqe.az xəbər verir ki, öz ərizəsi ilə vəzifəsindən azad edilən universitetin Elm və innovasiyalar üzrə keçmiş prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.

Bundan başqa, BDU-nun Ümumi məsələlər üzrə prorektor vəzifəsinə Mahir Hüseynov təyin edilib.

Biologiya fakültəsinin dekanı vəzifənin icrası dekan seçkilərinədək müvəqqəti olaraq fakültənin dosenti Çingiz Məmmədova həvalə edilib. 

Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb.