Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti seçildi

28 Yanvar 2020 11:33 (UTC+04:00)

Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib.

Goal.az xəbər verir ki, o, qurumun bu gün keçirilən konfransında baş tutan səsvermədə növbəti dəfə dörd il müddətinə AFFA-nın prezidenti seçilib.

Qeyd edək ki, Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir. O, 2012 və 2016-cı illərdə də bu vəzifəyə seçilib.