“Azərenerji” TEPSCO şirkəti ilə yeni generasiya layihələrini müzakirə edib

28 Yanvar 2020 14:41 (UTC+04:00)

“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Yaponiyanın TEPSCO dövlət şirkətinin Mərkəzi Asiya üzrə direktoru Noriaki Taketaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

“Report”un “Azərenerji” ASC-yə istinadən verdiyi məlumata görə, Bakıda inşa edilən “Şimal-2” layihəsinin meneceri Sato Mitsuyuki və TEPSCO şirkətinin biznesin inkişafı üzrə meneceri Yashushi Shinoginin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb.

Görüşdə “Azərenerji” ilə TEPSCO əməkdaşlığının 25 ilinin tamam olması mövzusu xüsusilə vurğulanıb və Baba Rzayev Noriaki Taketaniyə təşəkkürnamə təqdim edib.