Hərbi hissələrdə zirehli və xüsusi texnikaların vəziyyəti yoxlanılır (FOTO)

28 Yanvar 2020 17:25 (UTC+04:00)

Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində hərbi hissələrin zirehli, avtomobil və xüsusi texnikalarının vəziyyəti yoxlanılır və qiymətləndirilir.

Müdafiə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, hərbi texnikanın vəziyyətinin qiymətləndirilməsi onun əsas sistem və aqreqatlarının fəaliyyətinin yoxlanılması ilə həyata keçirilir.

Kompleks tədbirlər davam edir.