"Geyim soğan qabığı kimidir" - Vüsalədən tənqidlərə cavab

28 Yanvar 2020 21:18 (UTC+04:00)

Aparıcı Vüsalə Əlizadə yeni verilişi "7 canlı"ya geyindiyi dekolteli libasının müzakirə olunmasına reaksiya verib.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bunla bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, insana geyimə görə qiymət verməyi qəbul etmir:

"Geyim soğan qabıağı kimidir: üst görkəmindən şirin, ya acı çıxacağını kimsə bilməz. Bir qadının da əsaləti və zərifliyi daxilindən, doğuşdan gəlməlidir. Geyimlə ölçülməyəcək çəkisi olmalı hər xanımın".

Qızı Diləklə fotosunu yayımlayan Vüsalə sözlərinə bunları əlavə edib:

"Sol yanım, can payım, yarım, sirdaşım. Sayəsində - güclü qadın, mübariz, məğlubolmaz insan və nümunəvi ana olmağı öyrəndiyim varlığım. Həyatı bərabər öyrənirik, Allahın bizdən aldıqları və verdikləri ilə çox xoşbəxtik. Şükürlər olsun... Həyatımın ən böyük yatırımı, "mənimdir" deyib, sahib olduğum tək varlığı... Nə yaxşı ki, varımsan, həyat dostum".