Yevgeni Koçuk Sabah-da - RƏSMİ

28 Yanvar 2020 22:20 (UTC+04:00)

Sabah heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçukla 1,5 illik müqavilə imzalayıb.

26 yaşlı futbolçu karyerası ərzində Dachia (Moldova) və Jilina (Slovakiya) klublarının uğurları üçün çalışıb. Onun son komandası Səbail olub.

Qeyd edək ki, Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisində 19 oyun keçirib.