Azərbaycanda 293 nəfər deputatlığa namizədliyini geri götürüb

29 Yanvar 2020 09:10 (UTC+04:00)
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Mövqe.az-ın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 293 nəfəri deputatlığa namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1344 nəfərdir.