Bakıda qadın əri tərəfindən dabankeşlə döyülərək başından ağır xəsarət alıb

29 Yanvar 2020 09:18 (UTC+04:00)
Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib. Mövqe.az xəbər verir ki, hadisə 5-ci mikrorayon, Cavadxan küçəsində yerləşən mənzildə qeydə alınıb. 1972-ci il təvəllüdlü K.Quliyeva həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı o, əri tərəfindən dabankeşlə döyülüb. Başından açıq kəllə-beyin travması alan qadın 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.