Cinin Hubey əyalətində koronavirus qurbanlarının sayı 125-ə çatıb

29 Yanvar 2020 09:50 (UTC+04:00)
Çinin Hubei əyalətində yeni növ koronavirusdan ölənlərin sayı gündə dörddə bir dəfə artaraq 125 nəfərə çatıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli CGTN telekanalı məlumat yayıb. "Hubey əyalətində koronavirusdan 25 yeni ölüm hadisəsi qeydə alınıb. Virusa daha və 840 nəfər yoluxub. Ümumilikdə koronavirus yoluxan 3554 nəfər nəzarət altında saxlanılır", - xəbərdə deyilir.