İnter-dən Flamengo-ya

29 Yanvar 2020 14:30 (UTC+04:00)

Flamengo İnter-dən icarəyə götürdüyü Qabriel Barbozanı birdəfəlik transfer edib.

Goal.az xəbər verir ki, bu barədə Flamengo-nun rəsmi saytı məlumat yayıb.

Sözügedən klub 23 yaşlı hücumçunu ötən il icarəyə götürmüşdü. Lakin uğurlu çıxışı ilə diqqət çəkən, hətta 2019-cu ildə Cənubi Amerikanın ən yaxşı oyunçusu seçilən “Qabiqol” ləqəbli futbolçu klub rəhbərliyini onu daha uzun müddətə komandada saxlamağa məcbur edib. Hücumçu Flamengo ilə 2024-cü ilin dekabr ayına kimi müqavilə bağlayıb.

Braziliya mətbuatının yaydığı məlumata görə, Flamengo Barbozanın transferi üçün 17 milyon avrosundan keçib.