Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşü başladı

29 Yanvar 2020 15:24 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında növbəti görüş başlayıb.

Mövqe.az bildirir ki, görüş İsveçrənin Cenevrə şəhərində keçirilir.

Nazirlərin görüşü ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə keçirilir.

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasını müzakirə edəcəklər.