Bundesliqa klubunda baş məşqçi istefası

29 Yanvar 2020 16:18 (UTC+04:00)

Almaniya Bundesliqa təmsilçisi "Fortuna" baş məşqçisi Fridhelm Funkeli istefaya göndərib.

Mövqe.az goal.az-a istinadən xəbər verir ki,buna komandanın bu mövsüm qeyri-kafi nəticələri səbəb olub.

Qeyd edək ki, 66 yaşlı mütəxəssis 2016-cı ildən Düsseldorf təmsilçisini çalışdırırdı.

Əlavə edək ki, "Fortuna" hazırda ölkə çempionatında 15 xalla 18-ci-sonuncu pillədə qərarlaşıb.