Müşahidəçilərin qeydəalınması başa çatır

29 Yanvar 2020 18:45 (UTC+04:00)

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müşahidəçilərin qeydəalınma prosesi bu gün başa çatır. 

Mövqe.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, proses başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.