292 nəfər deputatlığa namizədliyini geri götürdü

29 Yanvar 2020 18:54 (UTC+04:00)

Deputatlığa namizədliyi qeydə alınan 1637 nəfərdən indiyə qədər 292 nəfəri namizədliyini geri götürüb.

Mövqe.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bir daha deputatlığa namizədlərə müraciət edib. M.Pənahov iddiaçıları namizədliyini geri götürməməyə çağırıb.