ABŞ-ın yeni səfiri Gürcüstana gedib

29 Yanvar 2020 20:00 (UTC+04:00)
ABŞ-ın yeni səfiri Kelli Deqnan Gürcüstana gəlib. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi öz "Facebook" hesabında məlumat paylaşıb. Qeyd edək ki, ABŞ senatı K. Deqnanı səfir vəzifəsinə ötən il dekabrın 20-də təsdiqləyib. ABŞ-ın Gürcüstandakı səfiri postu 2018-ci ilin martından etibarən vakant qalıb.