Koronavirusa yoluxmuş qadın sağlam övlad dünyaya gətirdi

3 Fevral 2020 13:27 (UTC+04:00)

Çinin Harbin şəhərində koronavirusa yoluxmuş qadın sağlam övlad dünyaya gətirib.

Mövqe.az-ın məlumatına görə, qız övladı qeysəriyyə yolu ilə doğulub.

Onun tamamilə sağlam olduğu deyilir. Qeyd olunur ki, doğum baş tutduqdan sonra körpədən iki dəfə analiz götürülüb və hər iki halda aşkar olunmayıb.

Ananın da vəziyyətinin yaxşılaşmağa doğur getdiyi bildirilir.