Bakıda qız atasını bıçaqladı

6 Fevral 2020 09:47 (UTC+04:00)

Sabunçuda 59 yaşlı kişi bıçaq xəsarəti alıb.

Mövqe.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsində 1961-ci il təvəllüdlü İbrahimov Vahid Əlibala oğlu qızı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.