Artıq çəkidən eziyyət çəkənlərə xəbərdarlıq

10 May 2012 18:00 (UTC+04:00)
Ekspertlər xəbərdarlıq edir ki, Britaniya kişilərinin yarısı, qadınların isə təxminən 1/3 hissəsi növbəti 30 ildə artıq çəkidən əziyyət çəkəcəklər. Əgər onlar cari tendensiyalarını, yəni hazır yeməklərin, genetik cəhətdən tərkibi dəyişdirilmiş, orqanik olmayan yeməklərin istifadəsinə davam etsələr, 2040-cı ildə artıq çəkidən eziyyət çəkənlərin sayı kişilərdə 40%, qadınlarda isə 45%-ə çatacaq.

Avropa Konqresinin proqnozuna görə, hal-hazırki vəziyyət davam edərsə, ürək xəstəlikləri, diabet və xərçəng kimi xəstəliklərin müalicə dəyəri 320 milyard avroya qədər qalxa bilər. Bunun qarşısını almaq üçün təbii qidalara üstünlük vermək lazımdır.



E.F.N

MOVQE.AZ