"Con" ləqəbli keçmiş məhkum həmyerlisini bıçaqladı

7 Fevral 2020 15:20 (UTC+04:00)

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, Tovuz rayon sakini, 1969-cü il təvəllüdlü Vidadi Dilənov mübahisə zəminində bir neçə bıçaq yarası alıb və xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən şəxs rayon ərazisində "Con" ləqəbi ilə tanınan keçmiş məhkum Tariyel Tağıyevdir. 

O, polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.