Ədalət Şükürov bəstəkarları tənqid etdi

13 Fevral 2020 23:22 (UTC+04:00)

"İndi bəstəkarlar ritmi tuta bilmirlər. Nə yazım ki, bu üslub dinləyicinin xoşuna gəlsin. Cavan müğənnilərin hərəsi bir üsulda, ritmdə ifa edir. Amma fikir verin, onlar hər 5 aydan bir dəyişir. Bu gün oxunulan, bir müddət sonra bəyənilmir".

Bu sözləri Əməkdar artist Ədalət Şükürov "Show news" verilişinə açıqlamasında deyib. Müğənni bəstəkarları yaxşı mahnı yazmamaqdan günahlandırıb:

"50, 100 il bundan əvvəl yazılan mahnılar var ki, indi də sevilir. O vaxtlar İnstaqram da yox idi".

Şükürov arxiv görüntülərini yox edən məşhurlardan da söz açıb:

"Bir çox müğənnilər getdikcə anladı ki, bunlar düz deyilmiş. Anlayırlar ki, paltarı düz geyinmirmişəm, mahnını oxumazdım. İndi onlar da başlayır İnstaqramda yayılan xoşagəlməz görüntülərini pzosunlar. Bir çoxları da arxiv fotolarını sildirirlər. Kompleksləri var. Normal haldır. Ona görə də gərək mahnı oxuyanda da eləsini seçəsən ki, sonra utanmayasan".