Bakıda metroda qadın özünü qatar yoluna atdı

14 Fevral 2020 12:35 (UTC+04:00)

Bakı metrosunda hadisə baş verib. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasında baş verib: "Stansiyada qadın qəfil qatar relsinə düşüb. Dərhal qatarların hərəkəti dayandırılıb. Qadın qatar yolundan çıxarılaraq polisə təhvil verilib. Nəticədə qatarların hərəkətində gecikmə olub. Hazırda interval bərpa olunub".