Məşhur iş adamına məxsus şirkət yenidən təşkil olunur

14 Fevral 2020 13:21 (UTC+04:00)

“Şərur” Mənzil-Tikinti Kooperativi (MTK) yenidən təşkil olunur.

Mövqe.az bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb “Qlobal-Azəri” MMC-nin MTK-ya qoşulmasıdır.

Xatırladaq ki, “Şərur” MTK 2001-ci ildə yaradılıb. Şirkət “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.