Gürcüstanda sərnişin qatarında yanğın - Sərnişinlər təxliyə edilib

14 Fevral 2020 14:47 (UTC+04:00)

Gürcüstanda Zuqdidi-Tbilisi sərnişin qatarında yanğın baş verib.

Mövqe.az Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanğına kontakt şəbəkəsində baş verən qısaqapanma səbəb olub.

Qəza nəticəsində qatarın hərəkəti dayandırılıb və sərnişinlər alternativ yolla təyinat məntəqəsinə çatdırılıblar.

Sərnişinlər qatardan təxliyə edilib. Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.

Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.