“Azəriqaz”: Yanvarda 11 550 yeni abonent qeydiyyata alınıb

14 Fevral 2020 15:01 (UTC+04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 551 yeni abonent qeydiyyata alınıb.

Mövqe.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bunun da 7 467-si Bakı, Abşeron və Sumqayıt, 4 084-ü isə regionlar üzrədir. Beləliklə, hazırda Birlik üzrə bu ilin fevralın 1-nə əhali qrupu üzrə qazdan istifadə edən 2 milyon 256 min 870 istehlakçı qeydiyyata alınıb. Bunun 1 milyon 388 min 731-i regionlar, 868 139-u Bakı şəhəri üzrədir.

Qeyd edək ki, 2020-ci ildə də əvvəlki illərdə olduğu kimi qeyri-əhali sektoru üzrə 592 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün 5 000 kubmetr limit ayrılıb.