Avropa çempionatı: Güləşçimiz erməni üzərində əzmkar qələbə qazandı

14 Fevral 2020 15:10 (UTC+04:00)

Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Roma keçirilən Avropa çempionatında ilk görüşünü keçirib.

Mövqe.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Ermənistan təmsilçisi Gevorq Mxeyanla üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan Mustafayev 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu gün digər sərbəst güləşçilər Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) də mübarizəyə qoşulub.