Ronaldo Juventus-un oyununu buraxacaq

16 Fevral 2020 14:38 (UTC+04:00)

Juventus-un hücumçusu Kriştiano Ronaldo bu gün Brescia-ya qarşı oyunda iştirak etməyəcək.

Goal.az xəbər verir ki, klubun rəsmi Tvitter səhifəsində A seriyasının 24-cü turunun matçına sifariş olunan 20 oyunçunun adı açıqlanıb. Onların arasında portuqaliyalı hücumçu yoxdur. Bunun səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Juventus – Brescia görüşü bu gün Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.

Əlavə edək ki, daha öncə Juventus-un baş məşqçisi Mauritsio Sarri bu oyunda Ronaldoya istirahət verə biləcəyini demişdi.