Qvardiola Manchester City-dən ayrılacaq?

16 Fevral 2020 16:22 (UTC+04:00)

Manchester City-nin baş məşqçisi Xosep Qvardiolanın yeni mövsümdə harada çalışacağı müəyyənləşib.

Goal.az xəbər verir ki, o, 2020/21 mövsümündə də Manchester City-də qalacaq. UEFA-nın “şəhərlilərə” 2 mövsüm avrokubok qadağası qoymasına baxmayaraq, 49 yaşlı mütəxəssis klubu tərk etməmək qərarı verib.

Xatırladaq ki, bir müddətdir xarici mediada Qvardiolanın bu mövsümün Manchester City-ni tərk edəcəyinə dair xəbərlər yayılıb.