Qaqarinin Ermənistandakı avtomobilini bəyənib almadılar

16 Fevral 2020 19:17 (UTC+04:00)

Dünyanın ilk kosmonavtı Yuri Qaqarinin 1961-ci ilin 14 aprelində kosmosdan qayıtdıqdan sonra gəzdiyi əfsanəvi ZİL-111V əfsanəvi avtomobilini alan tapılmayıb.

Bu barədə Mövqe.az “Life”a istinadən xəbər verir.

Qeyd edilir ki, bununla bağlı hərrac Moskvada "Litfond"da keçirilib. Avtomobilin ilkin qiyməti 2 900 000 ABŞ dolları olub. Hərracda qeyd edilib ki, ZİL-111V uzun müddət Ermənistanda qarajda saxlanılıb. Avtomobil heç vaxt rənglənməyib və onun bütün avadanlıqları saz vəziyyətdədir. Buna baxmayaraq avtomobili alan olmayıb.