Şamaxıda zəlzələ oldu

16 Fevral 2020 18:22 (UTC+04:00)

Azərbaycanda zəlzələ olub.

Mövqe.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 16:32-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb. 

Zəlzələ 3,9 maqnitudada qeydə alınıb və zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.