Elmar Məmmədyarov Belçikaya səfərə yollanıb

16 Fevral 2020 19:26 (UTC+04:00)

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov bu ilin 17 fevral tarixində Brüsseldə keçiriləcək Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak etmək məqsədilə Belçika Krallığına yola düşüb.

Bu barədə Mövqe.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.