Pərviz “Survivor”da dava etdi - Video

17 Fevral 2020 18:56 (UTC+04:00)

Ötən gün “Survivor” yarışmasının ilk bölümü yayımlanıb.

Yarışmada “Ünlülər” komandasında yarışan azərbaycanlı kik-boksçu Pərviz Abdullayevlə (Kobra) “Gönüllülər”in üzvü Yasin Obuz arasında dava yaşanıb.

Buna isə Yasin Obuzun onun komanda yoldaşına oyun zamanı qışqırması olub. Tərəflər bir-birinin üstünə gedib. Bu zaman oyunçular onları ayırıblar. Sonda Pərvizin komandası “Ünlülər” qalib gəlib.