Bu küçədə hərəkət məhdudlaşdırılacaq

17 Fevral 2020 16:54 (UTC+04:00)

Suraxanı rayonu, Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti 18 fevral səhər saatlarından etibarən qısamüddətlik məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Mövqe.az-a verilən məlumata görə, bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyyə olunur.

Dövlət Agentliyi yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.