Azərbaycanın investisiya cəlbediciliyi artıb

17 Fevral 2020 17:45 (UTC+04:00)

Avropa İttifaqının Ticarət Palatası “EuCham”ın biznes işini aparması üçün ən yaxşı Avropa ölkələrinin illik reytinqində Azərbaycanın mövqeyi yaxşılaşıb.

Mövqe.az xəbər verir ki, Azərbaycan 2020-ci ildəki reytinqdə üç pillə irəliləyərək 53 xalla 41-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, 2019-cu ilin reytinqində Azərbaycan 52 xalla 44-cü idi.

Reytinqin zirvəsində yenə də Şimal ölkələri qərarlaşıb: Danimarka, İsveç, Norveç və Finlandiya. Onların ardınca da İsveçrə, Böyük Britaniya və Almaniya gəlir. Postsovet məkanı ölkələrindən Estoniya, Litva və Gürcüstan ən cəlbedici ölkələrdir.

İnvestisiya cəlbediciliyi baxımından ən yaxşı ölkələri müəyyən etmək üçün aparılan araşdırmada Dünya Bankının “Doing Business Index”indən və “Transparency International”ın Korrupsiyanın Qəbulolunma İndeksindən istifadə olunur. “EuCham” hesab edir ki, biznesin tamlığı və şəffaflığı strateji rol oynayır.