Tərtər sakinlərinin evindən silah götürülüb

18 Fevral 2020 14:15 (UTC+04:00)

Tərtər rayonunun Qaynaq kənd sakinləri A.Nəbiyev və U.Fərəcovun evlərindən müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngləri aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaynaq kənd sakinləri A.Nəbiyev və U.Fərəcovun evlərindən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.