Cennifer də öz brendini yaradır

18 Fevral 2020 22:46 (UTC+04:00)

Dünya şöhrətli ifaçı Cennifer Lopez öz brendini yaradır.

Sənətçi İnstaqram paylaşımı ilə aksessuar brendi yaradacağını bildirib.

CeyLo snikerlər, blok dikdabanlar və bir çox stilettonun satışa çıxarılması üçün kolleksiyasının eskizlərini hazırlayıb.

“Uşaqlığımdan indiyədək etmək istədiyim üç şey var idi: Musiqi, film və dəb. Yeni kolleksiyam Nyu-York, Los-Anceles və Mayamini təmsil edir” deyə, C.Lopez bildirib.

Qeyd edək ki, kolleksiya gələn ay təqdim olunacaq.